AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

"Elit" aptekdən saxta reseptlə psixotrop dərmanlar alan dəstənin məhkəmə işi - FOTO

Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvlərinin növbəti məhkəməsi keçirilib.

Xeberlent.az-ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələr elan olunub. 

Təqsirləndirilən şəxs Əli Balayev: "Psixotrop dərmanları həmişə Bakı Sağlamlıq Mərkəzinin qarşısında olan "Elit" və "Təbib" aptekindən alırdım. Onlarda klinika ilə dəqiqləşdirirdilər sonra dərmanları verirdilər. Həmişə belə olurdu".

Təqsirləndirilən şəxs Müşfiq Şahbazov: "Reseptləri rəngli printerdə mən Əzizə hazırlayırdı. Mən kimsə dərman istəyəndə resept verirdim, dərman yox. Reseptə kimin adını istəsəm yazırdım. 

Təqsirləndirilən şəxs Əzizə Əliyeva: "Dedim asma xəstəsiyəm, mənə dərmanda vermədilər. Mənə dedilər kimlərinsə üzünə dur, dedim heç kimin üzünə dura bilmərəm. Qeyri-rəsmi yaşadığım şəxsin evində axtarış-baxış keçirib printerimi götürdülər. Mənə ilk olaraq İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə 20 gün müddətinə inzibati həbs verdilər. Mən əvvəl klinikada işləmişəm. Əlini tanımamışam, ancaq Müşfiqi tanımışam".

Sonra məhkəmədə şahidlər dindirilib. Nizami RPİ-nin NMB-nin əməliyyatçısı Nəbi Həsənov ifadə verərək bildirib ki, ilk olaraq 2023-cü ilin noyabr ayında Orxan adlı şəxs narkotiklə bağlı saxlanılıb. O həmin narkotik maddələri Quludan aldığını bildirib. Qulu da Əlidən aldığını söyləyib. O da Müşfiqlə Əzizənin adını çəkib. Əlinin çantasından külli miqdarda narkotik maddə aşkar edib götürdük. 

İttiham aktına görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva tutulublar.

Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd pregabalin, 600 ədəd tramadol həbləri və külli miqdarda metamfetamin aşkar edilib.

Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop maddələrdən tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb.

"Elit" aptekdən saxta reseptlə psixotrop dərmanlar alan dəstənin məhkəmə işi - FOTO